Siyasi 25.04.2020 12:41

Türkdilli səfirlər Vaşinqtonda onlayn görüşdülər - FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirləri və Şuranın Baş katibi Bağdad Amreyevin iştirakı ilə videokonfrans keçirilib.

Rakus.az xəbər verir ki, sözügedən konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının aprelin 10-da təşkil edilmiş fövqəladə Zirvə görüşündə müzakirə edilən məsələlərin davamı olaraq keçirilib. Qeyd edək ki, 10 aprel tarixli Zirvə görüşü nəinki dünyada ilk onlayn formatda keçirilən Zirvə görüşü olub, həmçinin koronavirus pandemiyasına həsr olunmuş ilk dövlətlərarası konfrans kimi əhəmiyyət daşıyır. Səfirlər müzakirə zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zirvə görüşünün keçirilməsi təşəbbüsü və sədrliyi üçün təşəkkürlərini bildiriblər.

Görüş zamanı Baş katib Bağdad Amreyev koronavirus pandemiyasının yayılması dövründə üzv dövlətlərin bu böhranla mübarizə aparılması sahəsində göstərdikləri birgə səyləri yüksək qiymətləndirərək, bu xüsusda 10 aprel Zirvə görüşünün əhəmiyyətini bir daha vurğulayıb. O, qısa zamanda təşkil olunmuş konfransda müəyyənləşdirilən prioritet məsələlərin və görülən tədbirlərin bu əməkdaşlığı daha da dərinləşdirdiyini qeyd edib. Belə ki, üzv dövlətlər səhiyyə, nəqliyyat, miqrasiya, informasiya mübadiləsi və iqtisadiyyat sahələrində fəal əməkdaşlıq edirlər. O bildirib ki, hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəal və praktiki məsələlərə yönəlmiş beynəlxalq təşkilata çevrilib.

Müzakirələr zamanı COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə mübarizədə türkdilli dövlətlərin göstərdiyi həmrəylik, qarşılıqlı yardımlar və birlikdə mübarizə üsulları təqdir edilib. Bildirilib ki, türkdilli dövlətlərin rəhbər şəxslərinin və hökumətlərinin operativ və səmərəli şəkildə COVID-19 pandemiyasına cavab verməsi dövlətlərimizin müstəqil şəkildə yüksək idarəçilik qabiliyyətinin olmasını sübut edib.

Videokonfransda dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş və onların qəbul etdikləri Bakı Bəyannaməsindən irəli gələn əməkdaşlıq sahələrinin daha da inkişaf etdirilməsi, spesifik sahələrdə ekspertlər və mütəxəssislərin birlikdə səylərinin davam etdirilməsi və beynəlxalq müstəvidə əməkdaşlıq addımlarının atılması barədə müzakirələr aparılıb.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü uğurlu və faydalı bir regional təşkilat kimi göstərməkdədir və bu format həqiqətən də qlobal çağırışlara cavab vermək iqtidarında olduğunu doğruldur.

Ölkəmizin ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Baş katib Bağdad Amreyevlə yanaşı, Azərbaycan səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov, Qırğızıstan səfiri Bolot Otonbayev, Özbəkistan səfiri Javlon Vahabov, Türkiyə səfiri Sərdar Kılıç və Türkmənistan səfiri Meret Orazov iştirak ediblər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS