UEFA “Avro-2020”nin adını olduğu kimi saxladı
“Avro-2020”nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra Avropa futbol qurumunun İcraiyyə Komitəsi turnirin “Avro-2020” adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.
Rakus.az xəbər verir ki, bu qərar UEFA-ya Avropa futbol çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan yaradır.
Qərar, eyni zamanda, “Avro-2020”nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilib. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.