Karantin rejiminin yumşaldılması ilə bağlı qüvvəyə minən qərar bəzi vətəndaşlarda çaşqınlıq yaradıb.
Rakus.az xəbər verir ki, fəaliyyətlərinə icazə verilən bəzi obyekt sahibləri bundan xəbərsizdir.
Hansı iş yerləri açılıb?
Mağaza sahibləri bildirirlər ki, koronavirus səbəbilə ən çox zərər görən onlardır. Bəzi sahibkarlar icarə məbləğlərində onlara güzəşt etsələr də, bu, hamıya şamil olunmayıb.
Eyni zamanda, dövlət tərəfindən kompensasiya verilən sahibkarların da sayı az deyil.
Baku TV əməkdaşları bəzi mağaza sahibləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. (Oxu.az)