“Formula 1″ə Avstriyada start veriləcək
“Formula 1” yarışlarının yeni mövsümünə iyulun 3-5-də keçiriləcək Avstriya Qran-prisi ilə start verilə bilər.
Rakus.az xəbər verir ki, bunu “Formula 1″in icraçı direktoru Çeyz Keri deyib.
O bildirib ki, il ərzində 15-18 Qran-prinin keçirilməsi planlaşdırılır.
Yarışların payızda təkcə Avropada deyil, digər qitələrdə də keçiriləcəyini qeyd edən Ç.Keri deyib: “Mövsümün yay aylarında başlayacağına daha çox əminik. İlk Qran-prinin Avropada keçirilməsi nəzərdə tutulub. Sentyabr, oktyabr və noyabrda Avropa ilə yanaşı, Asiya, Cənubi və Şimali Amerikada da yarışlar görəcəyik. Mövsümə Əbu-Dabidə yekun vurulacaq”.
Yaxın günlərdə yeni təqvimin açıqlanacağını deyən “Formula 1” rəsmisi ilk yürüşlərin tamaşaçısız təşkil olunacağını vurğulayıb.
Xatırladaq ki, koronavirus pandemiyasına görə “Formula 1” üzrə dünya çempionatının startı gecikib. Belə ki, Avstraliya və Monako yarışları ləğv olunub. Vyetnam, Çin, Bəhreyn, İspaniya, Niderland, Azərbaycan, Kanada və Fransa mərhələləri isə qeyri-müəyyən vaxta təxirə salınıb.