Koronavirus 29.04.2020 10:37

COVID-19-un müalicəsində bu dərmanlar faydalıdır

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi koronavirus infeksiyasının müalicəsinin bəzi detallarını açıqlayıb.

Rakus.az xəbər verir ki, mərkəz “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” müvəqqəti metodiki göstərişlər hazırlayıb.

Bildirilib ki, ötən ilin dekabr ayında yeni koronavirusun törətdiyi xəstəliklərin aşkar olunması ilə əlaqədar səhiyyənin mühafizəsi sahəsində fəaliyyət göstərən həkimlər və mütəxəssislər qarşısında xəstələrin kliniki müayinəsi və təcili diaqnostikası ilə bağlı məsələlər meydana çıxıb.

Qeyd olunub ki, hazırki zamanda bu xəstəliyin epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası, müalicəsi haqqında məlumatlar çox məhduddur: “Məlumdur ki, koronavirus infeksiyasının yeni növünün ən geniş yayılmış klniki əlaməti sətəlcəmdir, pasiyentlərin əksəriyyətində kəskin respirator distress-sindrom qeydə alınıb.

Koronavirus infeksiyasının müalicəsinə gəlincə, hazırda COVID-19-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyyələr mövcud deyil.

Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan ribavirin preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunmuşdur, lakin bu preparatın ağır əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır.

SARS və MERSCoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə).

MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiya edici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir.

Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.

Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır.

Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin)”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS