Koronavirus 30.04.2020 09:00

“COVID-19-un yeni dalğası ola bilər” – Baş infeksionist

Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir. Bu, təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin unutmaq olmaz ki, hələ COVID-19 təhlükəsi tamamilə aradan qalxmayıb.

Rakus.az xəbər verir ki, karantin rejiminin yumşaldılması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şəkildə bəzi ayaqqabı mağazaları, geyim satışı ilə məşğul olan bəzi butiklər, telefon təmiri mağazaları fəaliyyətini bərpa edib.

Bu halda insanlar müəyyən qədər karantin qaydalarını unudaraq gigiyenik normalara, sosial məsafəyə laqeyd yanaşmağa başlayır. Təəssüf ki, bu, yoluxma hallarının artmasına gətirib çıxara bilər və heç də arzu olunan hal deyil.

Bəs karantin qaydalarının yumşaldılmasından istifadə edərək, küçələrə çıxan insanlar yoluxma hallarının artmasına səbəb ola bilərmi? Gigiyenik normalara riayət edilməməsi ölkədə koronavirus pandemiyasının ikinci dalğasını başlada bilərmi?

Məsələ ilə bağlı ölkənin Baş infeksionisti Cəlal İsayev Oxu.Az-a deyib ki, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərə ciddi şəkildə riayət olunmalıdır:

“Mövcud karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bu heç də təhlükənin tamamilə aradan qalxması demək deyil. Əhali arasında yaranan müəyyən rahatlıq gigiyenik qaydalara riayət edilməli olduğunu unutdurur. Bütün dünya ölkələrini cənginə alan COVID-19 infeksiyası çox ciddi və uzunmüddətli prosesdir. Bu günə qədər çəkilən maarifləndirici videoçarxlarda  vətəndaşlara tövsiyə edilən zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Əks təqdirdə bu günə qədər atılan bütün addımlar, qabaqlayıcı tədbirlər öz əhəmiyyətini itirəcək”.

C.İsayev onu da əlavə edib ki, əhali arasında virusa yoluxma hallarının artması pandemiyanın ikinci dalğasının başlanğıcı ola bilər:

“Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejimi yenidən sərtləşdirilə, hətta müvafiq məhdudiyyətlərin müddəti daha da uzadıla bilər. Bu səbəbdən, bu gün hər şey insanların özündən asılıdır. Məhdudiyyətlər nisbətən azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Mümkün qədər özünütəcrid prosesinə əməl olunsa, yaxşıdır. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşlar diqqətli olmaldırlar. İctimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafəni, iki metrlik distansiyanı nəzərə almalıdırlar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunmalıdır”.

Xatırladaq ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “Evdə qal!” “Sağlam qal” həştəqləri ilə sosial çarxlar hazırlanaraq maarifləndirici məlumatlar paylaşılır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO