Parlamentin iclası başladı, 27 məsələ müzakirə olunur
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Rakus.az xəbər verir ki, “Report”un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələ daxil edilib.
İclasda əvvəlcə “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq. Daha sonra isə “Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında” məsələyə baxılacaq.
Bundan əlavə, iclasda Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında”və s qanunlara dəyişiklik layihələri müzakirə olunacaq.