Gündəm 05.05.2020 08:36

Dövlət və hökumət başçılarının birgə BƏYANATI

Bu il mayın 4-də COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə videokonfrans formatında görüşü keçirilib.

Rakus.az xəbər verir ki, görüşdən sonra tədbir iştirakçıları olan dövlət və hökumət başçıları birgə bəyanat yayııblar.

On səkkiz bəndlik sənəddə deyilir:

1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və QH-nin təsis sənədlərinin məqsədlərinə, prinsiplərinə və müddəalarına güclü sadiqliyimizi bir daha bildiririk.

2. BMT Baş Assambleyasının “2019-cu ilin koronavirus xəstəliyinə mübarizədə qlobal həmrəylik” adlı A/RES/74/270 və “COVID-19-a qarşı dərman, peyvənd və tibbi avadanlıqlara qlobal əlçatanlığı təmin etmək üçün beynəlxalq əməkdaşlıq” adlı A/RES/74/274 nömrəli qətnamələrin qəbulunu alqışlayırıq.

3. COVID-19 pandemiyasına mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə tam dəstək ifadə edirik.

4. 2020-ci ilin 25 mart tarixli “COVID-19 pandemiyası” və 2020-ci ilin 9 aprel tarixli “Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və onun Baş direktoruna dəstək” adlı Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun kommunikelərini xatırladırıq.

5. Bəşəriyyət üçün ciddi problem olan və birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edirik.

6. Pandemiyanın misli görünməmiş təsirlərini, o cümlədən cəmiyyətlərə və iqtisadiyyatlara, eləcə də qlobal səyahətə və ticarətə ciddi zərər verdiyini və insanların yaşayışına dağıdıcı təsirini tanıyırıq.

7. Həmçinin, pandemiya nəticəsində ən yoxsul və ən kövrək təbəqələrin ağır şəkildə zərər çəkdiklərini və böhranın təsirinin çətinliklə əldə edilmiş inkişaf nailiyyətlərinin üstündən xətt çəkəcəyini və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olacağını qəbul edirik.

8. Mərkəzində Birləşmiş Millətlər Təşkilatı olmaqla multilateralizmə dəstəyimizi bir daha ifadə edir, BMT-nin Nizamnaməsindən və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən qaynaqlanan beynəlxalq əməkdaşlıq və multilateralizm dəyərlərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin BMT-nin 3 sütununun – sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi və dəstəklənməsində fundamental olduğunu qəbul edirik.

9. Dövrümüzün ən böyük humanitar böhranı və fövqəladə səhiyyə vəziyyəti olan COVID-19 pandemiyası səbəbindən getdikcə artan problemlərə beynəlxalq ictimaiyyətin səmərəli cavabını təmin etmək məqsədilə məsləhət, təlim, avadanlıq və insan həyatını xilas edən xidmətlər də daxil olmaqla ön xəttdə hazırda oynadığı kritik rol və rəhbərliyi tanıyaraq ÜST və onun rəhbərliyinə tam dəstəyimizi ifadə edirik.

10. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.

11. Xüsusi vurğulayırıq ki, bu tip qlobal fövqəladə vəziyyət qarşısında həmrəylik ruhu səylərimizin mərkəzində olmalıdır və dərman vasitələri, tibbi avadanlıq və materiallar, yemək, təcrübə mübadiləsinə ehtiyacı olan insanların təmin edilməsi istiqamətində həmrəyliyin və başqalarının ehtiyacına laqeyd qalmamaqla əməkdaşlığın üstün gəldiyi yerdə yüksək səviyyəli etik və humanist yanaşma tələb olunur.

12. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin elan olunması və tətbiq edilməsinə kəskin şəkildə pisləyir, beynəlxalq hüquqa uyğun olaraq belə tədbirlərdən zərər çəkən dövlətlərə dəstəyimizi ifadə edir və beynəlxalq ictimaiyyəti COVID-19 pandemiyasına milli cavabların səmərəliliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən belə tədbirlərin istifadəsinin ləğv edilməsi istiqamətində təcili və səmərəli tədbirlərin qəbul edilməsinə çağırırıq.

13. Məlumat, elmi bilik və ən yaxşı təcrübə mübadiləsi ilə və ÜST tərəfindən tövsiyə olunan müvafiq qaydaları tətbiq etməklə, pandemiyanın nəzarətdə saxlanması, azaldılması və məğlub edilməsi üçün intensivləşdirilmiş beynəlxalq əməkdaşlığa çağırıq.

14. Üzv dövlətlərin iqtisadiyyatlarına pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayırıq.

15. COVID-19 nəticəsində yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir və hazırda COVID-19 ilə mübarizə aparan və müalicə olunan bütün insanlarla həmrəy olduğumuzu bildiririk.

16. Tibbi personalın və səhiyyə işçilərinin bu humanitar fövqəladə vəziyyətdə böyük töhfələrinə və fədakarlıqlarına görə minnətdarlığımızı bildiririk.

17. Sədrlik tərəfindən mümkün dəstək və köməklik üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına,sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq QH üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasını qərara aldıq.

18. Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO