İngiltərə Premyer Liqası azarkeşsiz olacaq
Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün oyunları azarkeşsiz keçirilə bilər.
Rakus.az xəbər verir ki, Premyer Liqa rəhbərliyinin və klubların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda mövsümün oyunlarının bərpası üçün razılığa gəlinib. Mənbə, həmçinin bildirir ki, hökumətdən icazə alınacağı təqdirdə çempionatın oyunlarına start veriləcək.
Bundan əvvəl Premyer Liqa rəhbərliyi mövsümün erkən başa çatması məsələsini də nəzərdən keçirmişdi. Bir milyard funt sterlinq məbləğində mümkün maliyyə itkisi təhlükəsi ilə əlaqədar heç bir klub bu məsələyə razılıq verməyib.
Xatırladaq ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb. Turnirin qalan 92 oyunu qeyri-müəyyən vaxtadək təxirə salınıb.