“Ümid” yatağından nə qədər qaz hasil olunub?
İstismarına 2012-ci ildə başlanılmış “Ümid” qaz-kondensat yatağından bugünədək ümumilikdə 3,4 mlrd. kubmetr qaz hasil edilib.
Rakus.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, yataqdan indiyədək 540 min ton kondensat çıxarılıb.
Məlumata əsasən, hazırda yataqda bir platformadan üç quyu istismar edilir.
“Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.
Xatırladaq ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.