Rakus.az xəbər verir ki, “sarı-qırmızılılar” bu gün öz bazasında hazırlıqları bərpa edib.
Açıqlamada bildirilib ki, futbolçular gigeyena və sosial məsafə qaydalarına uyğun məşq ediblər. Hazırlığın ilk mərhələsində uruqvaylı və yerli qapıçılar Fernando Muslera ilə Okan Koçuk, braziliyalı müdafiəçi Markao, uruqvaylı sol cinah oyunçusu Marselo Saraççi və rumıniyalı hücumçu Florin Andone iştirak ediblər. Braziliyalı digər müdafiəçi Mariano isə zalda fərdi çalışıb.
Xatırladaq ki, Türkiyədə liqaların martın 19-da dayandırılıb.