İdman 07.05.2020 09:34

FIFA20 Milli Liqasında transfer pəncərəsi baş tutdu - FOTO

Azərbaycanın ilk peşəkar FIFA20 liqası tam sürətlə davam edir. “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi çempionatda mövsümün ilk dövrəsinə yekun vurulduqdan sonra bütün böyük idman liqalarında olduğu kimi transfer pəncərəsi həyata keçirilib.

Rakus.az xəbər verir ki, tam olaraq 48 saat davam edən keçid aralığında rəqiblərinə nisbətən zəif təsir bağışlayan və turnir cədvəlinin aşağı pillələrində yer alan beş komandada oyunçu dəyişiklikləri baş tutub. Sondan ikinci sırada qərarlaşan “Shabran Carpets” klubunu təmsil edən Məsut Qulubəyli, Suleyman Quluzadə ilə əvəzlənib. İlk 19 tur ərzində İbrahim Cəfərovun rəhbərliyi ilə cəmi 13 xal qazanmağa nail olan “QazakhAshiqs” kollektivinin sükanı Vahid Əfəndiyevə tapşırılıb. Mövsümün birinci yarısını uğursuz keçirən komandalardan biri – “Lankaran Heroes” da yeni kiberidmançı Fərhad Ağayevə həvalə edilib. Oynadığı 19 matçın nəticəsində 12-ci pilləyə qədər irəliləməyi bacaran “Quba Tigers” bundan sonra Ramiz Cəfərovun sərəncamındadır. Liqadan ayrılan daha bir iştirakçı isə Vüsal Ağayevdir. “Khizi Mountains” kollektivi ilə vidalaşan kiberidmançını digər FIFA20 oyunçusu Anar Bədəlov əvəz edəcək.

Liqanın bütün təşkilatçı qurumları həm yarışa yeni qoşulan, həm də ilk turdan mübarizə aparan oyunçulara bol şans və sağlam mübarizə arzulayır. FIFA20 Milli Liqasının növbəti turları mayın 6-7-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalında – https://www.twitch.tv/glahub  “İdman” TV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO