Elm və təhsil 07.05.2020 17:20

Ceyhun Bayramov təhsillə bağlı məsələlərə aydınlıq gətirdi

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə iştirak edib.

Rakus.az xəbər verir ki, nazir gündəmə dair bütün məsələlərə aydınlıq gətirərək lisey və gimnaziyalara qəbul vaxtını açıqlayıb:

“Beşinci və doqquzuncu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək. Respublika fənn olimpiadalarının üçüncü – final mərhələsi mart ayının sonunda keçirilməli idi. 589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının birinci yarısına planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazalarında sıxlıq olmadan keçiriləcək”.

Azərbaycanda bu şagirdlər buraxılış imtahanında iştirak etməyəcək

O deyib ki, mart ayının 1-də IX sinif üzrə buraxılış imtahanında iştirak edən 40 min şagird iyunda ikinci mərhələdə iştirak etməyəcək:

”Həmin şagirdlərin nəticələri 100 ballıq şkala üzrə ölçüləcək. İyunda 80 min şagird üçün regionlarda imtahan keçiriləcək”.

Birinci sinifə qəbulla bağlı açıqlama

Onun sözlərinə görə, 122 minə yaxın birinci sinifə qəbul olunan şagirdin elektron qeydiyyatı başa çatıb: “Onların məktəbləri və müəllimləri artıq müəyyən edilir. Növbəti aylarda da şagirdlərlə bağlı elektron müraciətləri gözləyirik”.

Şagirdlərin qiymətləndirilməsinin vaxtı açıqlandı

C.Bayramov vurğulayıb ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək: “Bu, onlayn şəkildə baş tutacaq. İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin tədqiqi və monitorinqidir”.

Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi

Nazirin dediyinə əsasən,2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur: “Şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək. Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.

Dərslərin başlaması vaxtı ilə bağlı qərar

C.Bayramov bildirib ki, Azərbaycanda tədris prosesi 1 iyun 2020-ci ildə başlamayacaq: “Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların yeni normalara uyğun keçirilməsi ilə bağlı qaydalar hazırlanıb. Qaydalar Nazirlər Kabinetinə təqdim edilib və yaxın günlərdə qəbul ediləcək”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO