DİM sədri ixtisas seçimi ilə bağlı danışdı
“Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq, ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində – offlayn qaydada kompüterlər vasitəsilə keçiriləcək:
“Müsahibələr onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək”.
Sədr deyib ki, sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir.
M.Abbaszadə vurğulayıb ki, mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq.