Futbol üzrə İspaniya La Liqasının başlayacağı tarix bəlli olub.
Rakus.az xəbər verir ki, bu barədə “Marca” nəşrinə “Leqanes”in baş məşqçisi Xavyer Agirre açıqlama verib.
Agirre ölkə çempionatının iyunun 20-də bərpa olunacağını söyləyib: “Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqa sadəcə mənə rəsmi məlumat verdi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq”.
Xatırladaq ki, La Liqanın oyunları martın 12-də koronavirus pandemiyası üzündən dayandırılıb.