Bunları bilirsinizmi?
Koronavirus keçirmiş hər kəsin orqanizmi patogenə antikor hazırlayır.
Rakus.az xəbər verir ki, tədqiqat materialında antikorların yaşdan, cinsdən və ya xəstəliyin şiddətindən asılı olmayaraq istehsal edildiyi qeyd olunur. Onların mövcudluğu immunitet yaratmaları demək deyil. Daha əvvəlki araşdırma antikorların virusu zərərsizləşdirmə qabiliyyəti ilə sıx bağlı olduğunu göstərib. Onların varlığını dəqiq müəyyənləşdirmək üçün xəstəliyin ilk əlamətlərinin başlamasından ən azı üç həftə vaxt keçməlidir.
Qeyd olunur ki, xəstələnən hər kəs təhlükəsiz şəkildə işə qayıda bilər. Tədqiqatçılar antikoru olan insanların, xüsusilə xəstəxanalar kimi yüksək riskli yerlərdə zəif insanları əvəz edə biləcəyini vurğulayırlar. Ancaq virusdan qorunmanın nə qədər davam etdiyi sona qədər bəlli deyil.
Nyu-York və ətrafında 1 334 nəfərin iştirak etdiyi araşdırma indiyə qədər bu sahədə aparılan ən böyük araşdırmadır.