Elm və təhsil 11.05.2020 14:09

Gəncə Dövlət Universitetində Əməkdar müəllimlər niyə dərs keçmirlər? – ŞİKAYƏT

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti Əməkdar müəllimlərin dərs keçməməsindən şikayətləniblər.

Onların Rakus.az-a yazdıqları məktubu olduğu kimi təqdim edirik:

Məlum olduğu kimi, ölkə rəhbəri İlham Əliyev həmişə təhsil sisteminə və bu sahədə çalışan şəxslərə xüsusi önəm verib. Amma təəssüflər olsun ki, yerlərdə bu diqqətdən sui istifadə edilir. Məsələn, konkret olaraq Gəncə Dövlət Universitetində.

Belə ki,bu yaxınlarda Gəncə Dövlət Universitetinin 80 illik yubileyi ilə bağlı olaraq GDU-nun rektoru Yusif Yusibov özünə yaxın olan,amma bu adlara layiq olmayan şəxslərin adlarını Prezidentə təqdim edərək bu şəxslərə  fəxri adların verilməsinə nail oldu. Gəncə Dövlət Universitetində təltif edilən bu  şəxslərin əksəriyyəti  elmi və pedaqoji səviyyələrinə görə deyil, subyektiv meyarlarla həmin  siyahıda yer aldı.Məsələnin üzərinə qayıtmaqda məqsədimiz var.

Koronavirusla bağlı ölkədə dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq respublikamızın bütün universitetlərində  tədris olunan dərslərin onlayn formada yayımlamasına start verilib.

Onlayn təhsilə qoşulmaq üçün mobil telefon və internet yetərlidir.Maraqlı burasıdır ki,guya yaxşı müəllim olduqlarına görə “əməkdar müəllim” adına layiq görülən,”Tərəqqi”  medalı lə təltif olunan, hətta “fəxri professor” adına layiq görülüb universitetdə xüsusi imtiyaz sahibi olan şəxslərin heç biri onlayn dərs keçmir.Bu şəxslərin eləsi var ki,yaşı 65-dən yuxarıdır,çölə çıxa  bilmir,amma onlayn dərs keçmək üçün mobil telefon və internet kifayətdir,bu müəllimlər evdən dərs keçə bilər.Çünki,onsuz da əksər müəllimlər Zoom proqramı və ya sosial şəbəkələr üzərindən evdən dərs keçirlər.Amma nədənsə, bu “əməkdar müəllim”lər,”Tərəqqi” medalına layiq görülənlər,layiq olmadığı halda girdirmə “fəxri professor” adına layiq görülənlər, nəinki, dərs keçmir, hətta onları mart ayının 1-dən görən olmayıb.

Nazirlik göstəriş verib ki,bütün dərslər onlayn şəkildə keçilsin və tədris proqramı tələbələrə çatdırılsın.İndi hər bir müəllim verilmiş dərs yükünə uyğun olaraq evdən Zoom proqramı və ya müxtəlif sosial şəbəkələr üzərindən  öz dərsini keçir.

Amma, bu “əməkdar müəllim”lər,”Tərəqqi” medalına layiq görülmüş müəllimlər,”fəxri professorlar”  dərs yükünə sahib olsalar da, dərs keçmir.Bunların tədris materialı tələbələrə çatdırılmır. Bu tələbələr dərsi necə mənimsəməlidir?

Bəli,bu şəxslərin  heç biri  dərs keçmir,çünki rektor bunlara söz deyə bilmir,idarəetməni itirib.

Bu şəxslərin bir neçəsinin adını xatırladaq:

Aslanova Emma Əli qızı-Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun bacısıdır,universitetdə kafedra müdiri vəzifəsini daşısa da dərs auditoriyasında onu görən olmayıb.

Cavadov Asif Şəmil oğlu-vaxtılə qatı müxalifətçi olmuş,keçmiş rektor Yadigar Əliyevi Yusif Yusibovun tapşırığı ilə xidməti otağında təhqir edib,vaxtı ilə rektorun qara kassası adlanan şəxsdir.GDU-da  auditoriyada  bir saat belə dərs keçməyib,amma əməkdar müəllimdir.

Fətəliyeva Gülsüm İsa qızı-Texnologiya universitetindən qovulan,deputat Musa Urudun baçısı,Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanası,hər yerdə yalandan özünü mərhum görkəmli alim Həsən Əliyevin qızı kimi təqdim edən şəxsdir. Bu  o Gülsüm  Fətəliyevadır ki, Xocalı faciəsinin  ildönümünə həsr olunmuş tədbirdə çaşıb deyir ki,Sizin Xocalı bayramınızı təbrik edirəm.Bu sadəcə  biabırçılıq idi.Hüşu özündə olmayan,dedikləri sözün mənasını dərk etməyən bu adam prorektor vəzifəsini daşıyır,əməkdar müəllimdir.

Kərimzadə Pərvin Orxan qızı-millət vəkili,GDU-nun innovasiyalar üzrə prorektorudur,ömründə bir dəfə auditoriyaya girib dərs deməyib,amma Yusif Yusibovun kəraməti sayəsində əməkdar müəllimdir.

Quliyev Əliqulu Umud oğlu-savadsız,müxtəlif intriqalarda adı hallanan və öz tələbəsinə sataşdığına görə məsuliyyətə cəlb olunmuş,müxtəlif şəxsləri əzmək üçün Yusif Yusibovun istifadə etdiyi Əzrayıl qılıncıdır.

Məmmədov Fəxrəddin Həsən oğlu-universtetin tədris işləri üzrə prorektoru, keçmiş müxalifətçidir

Yusibov Mübariz İmran oğlu-universitetin sabiq rektoru olmaqla bütün həyatını məddahlıqla keçirən bir şəxsdir.

Həsənov Fəxrəddin Şərif oğlu-rektor Yusif Yusibovun tikinti biznesinin pul üyüdən maşınıdır.Təmir adı altında dekan və şöbə müdirlərindən pulyığma işlərinə başçılıq edir.

Həsənov Vasif  İlkan oğlu-test imtahanlarında pul müqabilində istənilən tələbənin imtahan cavablarında düzəliş edən, müxtəlif layihələr adı altında xarici olkələrdə universitetin pullarını sağa-sola səpən bir şəxsdir,nənəsi və qaynanası ermənidir.

Xurşudov Şahin Nadir oğlu-hal-hazırda rektorun  qara kassası funksiyasını daşıyır.Rektor vaxtı ilə onun üçün “Pedaqoji təcrübə və işlə təminat” şöbəsi yaratdı.İndi isə iki seçki dalbadal iqtisadiyyat fakültəsinə dekan seçib. Universitetin mini rektorudur.Universitetdə kadr məsələsini  və bütün yığılan pullara nəzarət  bu şəxsin əli ilə həyata keçirilir.Bu şəxs şəhərdə  və müxtəlif rayonlarda çoxlu obyektlərə və daşınmaz əmlaka sahibdir.

Kubışov İlqar Nadir oğlu- bu şəxs rektorun katibəsidir. İnformatika kafedrasının müəllimidir,amma ay toba-toba  informatika sözünün mənasını bilirsə…Bu şəxs nə kafedranın yolunu tanımır,nə də bu günə kimi onun auditoriyaya girməsini görən olmayıb.

Novruzov Vaqif Seyfəddin oğlu-bunu universitetdə hamı babnik kimi tanıyır.ADAU-nun rektoru olub,ailə üzvlərinin hamısı GDU-da işləyir,alim adını daşısa da alimlikdən xəbərsiz,Yusif Yusibovun göstərişlərini icra edən,kollektivin başı üzərində duran Demokl qılıncıdır   və  s….

Bu şəxslərin onlayn dərs keçməsini görən şəxsə Nobel mükafatı düşür.

Bəli,yenə də   bütün güc cavan, təcrübəsiz müəllimlərin üzərinə düşür,bu fədakar müəllimlər evdən və ya gedib universitetdən  dərs keçirlər.Bəli,  rektor  heç bir rəsmi icazə almadan pedaqoji heyəti   universitetin müxtəlif  korpuslarına gətirdirərək  onlayn dərs deməyə məcbur edir. Nəticədə, bir aydan artıqdır, GDU ailəsi üçün də məcburi olan xüsusi karantin rejimi ədalı və qorxmaz biri olan Yusif Yusibovun  ayaqları altına atılır. Burada  rektorun qəbul etdiyi  qərarlar  Nazirlər Kabinetinin qərarından və ölkə başçısının iradəsindən üstün xarakter alır.

Keçirilən dərslərin  keyfiyyəti, fənlər və kurslar üzrə illik tədris proqramlarındakı qarmaqarışıqlıq, universitetdəki qeyri-sağlam pedaqoji mühit əslində ayrıca tənqidin müzakirə mövzusu ola bilər. Tələbələr üçün fənlərin və kursların təsnifatı da əksər halda tələbə-müəllim arasında mübahisələr doğurur.

Dərs proseslərində seyirci rəyləri diqqət çəkir, əsasən müəllimlər bir-birinə uğur diləyir,tələbələr ad familiyalarını yazır, layk və gülüş qeydləri  atırlar. Bir-birlərini onlayn tamaşada təbrik edən müəllimlərin nəyi və niyə təbrik etmələri başa düşülmür, tələbələrin isə demək olar ki, virtual dərsdə iştirak etməməsi baxış sayı və kütləvi paylaşım məcburiliyində sezilir.

Hörmətlə,

GDU-nun bir qrup professor-müəllim heyəti

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO