Yeni stadion 2024-cü ildə hazır olacaq
İtaliyanın Milan şəhərinin iki futbol komandası – “Milan” və “İnter”in ev oyunları və digər beynəlxalq çempionatlar üçün nəzərdə tutulmuş yeni stadionun layihələrinin qəbulu bu yay tamamlanacaq və tikintiyə start veriləcək. Yeni stadionun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Rakus.az xəbər verir ki, hər iki komanda şəhər bələdiyyəsinə öz təkliflərini təqdim edib. Stadionun tikintisi üçün nəzərdə tutulan vəsaiti “Suning” və “Elliott” adlı iki şirkət üzərinə götürüb və bu məqsədlə 1,2 milyard avro sərmayə yatırmağı öhdəsinə götürüb. Stadion sıfırdan inşa olunacaq, lakin Cüzeppe Meazza (San-Siro) stadionu da yenidən qurularaq tarixi abidə kimi saxlanılacaq. Yeni stadionda idman zalları və əyləncə mərkəzi də olacaq.
Klub rəhbərləri stadionun tərkibində mağazalar, kinoteatr və restoranların da olmasında israr edir.