NASA-nın layihəsində Azərbaycan sərhədləri təhrif olunub
“Bəzi hallarda bir çox ölkələrin həyata keçirdiyi layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərin təhrif olunması hallarına rast gəlirik”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu hallarla əlaqədar Azərbaycan tərəfindən bu təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə əlaqəyə keçərək, etiraz bildirilir və təhrif olunmuş xəritələr aradan qaldırılır.
XİN rəsmisi qeyd edib ki, NASA-nın layihəsində Azərbaycan sərhədlərinin təhrif olunması ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub.