Çavuşoğlu Pərvizin fanatı imiş - FOTO - VİDEO
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu TV8-in rəhbəri Acun Ilıcalı ilə bağlı sosial şəbəkə səhifələrində paylaşım edib.
Rakus.az xəbər verir ki, o, Acuna təşəkkür yazıb və Dominikan Respublikasında yaşayan türkləri İstanbula gətirən təyyarənin havaya qalxdığını vurğulayıb.
Ilıcalı Cayman adaları və Havanada yaşayan türklərin Domonikana gətirilməsi üçün şəxsi təyyarəsini göndərib. Həmin şəxslər Dominikana gətirildikdən sonra digər təyyarə ilə İstanbula uçublar.
Nazir açıqlamasında “Karib bölgəsində fərqli ölkələrdə olan vətəndaşlarımızı və dost, qardaş ölkə vətəndaşlarını təxliyə edən təyyarımiz Dominikan Cümhuriyyətindən havaya qalxdı. Cayman adaları və Havanada olan vətəndaşlarımız Dominikana gətirmək üçün şəxsi təyyarəsini göndərən Acun Ilıcalıya təşəkkür edirik. Təyyarədə 154 türk, 1 Azərbaycan, 42 Macarıstan, 28 Rumıniya və 1 Tunis vətəndaşı Türkiyəyə gətirilir” sözlərini qeyd edib.
Bildirək ki, mayın 14-də günorta saatlarında “Kobra” ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Acun İlıcalının özəl təyyarəsi ilə bu gün Bakıya gəlməli idi. Lakin saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəliş təxirə salınıb. Buna səbəb Azərbaycan sözügedən reysi qəbul etməməsi olub.
Xatırladaq ki, təyyarədəki 1 azərbaycanlı kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevdir. O, “Survivor” yarışmasında iştirak etmək üçün Dominikanda qalmışdı.