Sahibkarlarla bağlı mühüm məsələlər AÇIQLANDI
“Bu günə kimi sahibkarların işçilərini ixtisar etməsi barədə məlumat yoxdur”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, hazırda belə proses müşahidə edilmir:
“Bu məsələni İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlayır. Karantin rejimi qısa müddətdə aradan qaldırılmalıdır ki, işçilər kənar edilməsin.
Nəinki ixtisar olunma, əksinə, ictimai işlərlə bağlı əlavə iş yerləri yaradıldı və insanlara kömək edildi”.
“Ümid edirik ki, sahibkarlar işçi ixtisar etməyəcək və işlərini elə quracaqlar ki, iş yerləri qorunub saxlanılsın”, – M.Musayev əlavə edib.
Bu gün quşçuluq sektorunda olan sahibkarlar bizə daha çox müraciət edirlər
Onun sözlərinə görə, sahibkarlar qida məhsulları xaricdən gəldiyi üçün güzəştlər olmasını istəyirlər:
“Eyni zamanda, kənd təsərrüfatı sektorundakı sahibkarlar suvarma sahəsində problemlərlə bağlı müraciət edirlər. Bizim bir nömrəli məsələ maliyyə institutlarına çıxışdır. Sosial yardım, subsidiya ilə maliyyə imkanı fərqli qavramlardır”.
“Bizim fondlarda, təşkilatlarda yetərincə vəsaitlər var. Səmərəli layihə olarsa, yardım edilir. Biz çalışırıq ki, sahibkarların maliyyə imkanlarına çıxışı olsun”, – M.Musayev qeyd edib.