Musavat MİTİNQƏ haırlaşır
Müsavat Partiyası aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib.
Rakus.az xəbər verir ki, aksiyanın “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
Partiya aksiya ilə bağlı martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim edib.
Partiya aksiya ilə bağlı 3 marşrut göstərib: metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək yürüş və mitinq, metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və mitinq, metronun “Gənclik” stansiyasının çıxışı – T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.
Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.
Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-ü və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyaları rədd edib.