ƏƏSMN: işsiz və işaxataran şəxsə təqaüdlər ödəniLİR
Peşə hazırlığına cəlb olunan, lakin pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranan 520 nəfər işsiz və işaxataran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır.
Rakus.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlik onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əmək haqqı qədər (250 manat) təqaüd verir. Ümumilikdə bu ilin əvvəlindən Nazirlik yanında Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib. Onlardan pandemiya ilə əlaqədar 520 müdavimin peşə hazırlığında fasilə yaranıb.
Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Xidmət tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.