Gündəm 20.05.2020 14:06

“Əgər ölkədə “beşinci kolon” varsa ondan yaxşı heç nə gözləmə” – Əli Əhmədov

“Əgər ölkədə “beşinci kolon” varsa, ondan yaxşı heç nə gözləmə. Yaxın tarixin və yaşadığımız dövrün acı təcrübəsi məhz bundan ibarətdir. Heç bir yerdə və heç bir zaman “beşinci kolon” dekorasiya rolunu oynamayıb və oynamır. Onun yaranmasına və saxlanmasına qoyulan böyük xərclərin qarşılığı beşinci kolonun satışa çıxarmağa vəd verdiyi milli maraqlardır. Elə buna görə də haqqında söhbət etdiyimiz üzdəniraq qruplaşma mövcudluğundan tutmuş sonuncu addımına qədər antimilli mahiyyət kəsb edir. Antimillilik onun mövcudluq forması və həyat fəlsəfəsidir”.

Rakus.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, “Beşinci kolon” müxtəlif adlar altında və formalarda maskalanır: “Onun ən geniş yayılmış konspirasiya forması siyasi partiyanın çətir altında fəaliyyət göstərməsidir. Partiyanın adına “xalq”, “millət”, “cəbhə” kimi əlavələrin edilməsi müasir konspirasiyanın vacib elementlərindən sayılır.“Beşinci kolon” Azərbaycanda yeni hadisə deyil. Müəyyən sükunətdən və konspirasiyadan sonra üzə çıxmaq, açıq fəaliyyətə keçmək tapşırıqları aldığı sezilməkdədir. İllər boyu formal da olsa, istifadə etdikləri siyasi müxalifət imicinə görünür daha ehtiyac duymurlar. “Beşinci kolon”un siyasi müxalifət mərhələsindən birbaşa açıq təxibatçı qruplaşma mərhələsinə keçdiyi aydın şəkildə müşahidə olunur”.

YAP rəsmisi bildirib ki, hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb: “Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında xalq və milli sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir. Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur. Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir. Təqdim olunan yanaşma kiməsə sərt görünə bilər. Lakin maraqlı xarici qüvvələrin təklif etdiyi xidmətləri məmnuniyyətlə qəbul etmək də daxil olmaqla bütün gücünü qoyub Azərbaycanın nüfuzuna kölgə salmağa, adını ləkələməyə çalışanlara nə ad vermək olar? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, öz dövlətinə, xalqına yuxarıda qeyd etdiyimiz qruplaşmalar qədər ləkə vurmaq, böhtan atmaq yolunu tutub? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, hakimiyyət məsələsini başqa ölkələrdə, yad qüvvələrlə müzakirə edir? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, özünün bütün təbliğatını başqa ölkələrdə, yad qüvvələrin vəsaitləri hesabına yaradılmış təbliğat vasitələri sayəsində həyata keçirir?”

Ə. Əhmədov qeyd edib ki, son bir neçə ay ərzində “beşinci kolon”un təbliğatında ölkədə iğişaşlar yaratmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar çoxalıb. Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatdan görünür ki, söhbət tək çağırışlarla bitmir: “Onların arxasında ölkədə sabitliyin pozulmasına yönələn təxribatların törədilməsi kimi konkret fəaliyyət və cinayət əməlləri dayanır.Dünyanın hər yerində olduğu kimi, Azərbaycan dövləti də koronavirus pandemiyası ilə mübarizə aparır. Cəmiyyətin və dövlətin bütün səyləri və imkanları amansız xəstəlikdən insanların qorunmasına səfərbər olunub. Belə bir həssas zamanda beşinci kolonun əlinə sanki fürsət düşüb. Dövlət koronavirusla vuruşur, “beşinci kolon” isə dövlətə qarşı vuruşmaq üçün təxribatçı qruplar hazırlayır.Tarixi təcrübə göstərir ki, ölkədə “beşinci kolon” varsa ondan hər an təhlükə törəyə bilər və törəyir. Bu tarixi həqiqət Azərbaycanın nümunəsində bir daha təsdiqini tapır. “Beşinci kolon” ayrı-ayrı vaxtlarda ölkəmizdə az problemlər yaratmağa çalışmayıb. İğtişaşlar törətməyə, sabitliyi pozmağa və digər formalarda təxribatlara dəfələrlə cəhdlər göstərib. Bu çirkin niyyətlərini həyata keçirmək üçün erməni xüsusi orqanları ilə iş birliyinə getmək qədər xəyanətdən belə çəkinməyiblər. Necə deyərlər, Azərbaycana, Azərbaycan dövlətinə qarşı mübarizə aparmaq naminə şeytanın özü ilə əməkdaşlığa razı olublar. Məkrli niyyətlərinə yalnız dövlətin qüdrəti və xalqın müdrikliyi sayəsində nail ola bilməyiblər. Gücləri çatmayıb.

Bütün cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, “beşinci kolon” əməllərindən əl çəkmək fikrində deyil. İstədiyinə nail olmağa gücü çatmasa da, təxribatlar törətməyə hər an hazırdır. Cəmiyyətə və xalqa çox lazım olan sabitlik, əmin-amanlıq, insanların təhlükəsizliyi, ölkəmizin dayanıqlı inkişafı naminə beşinci kolonun mövcudluğuna son qoyulması sosial sifarişə, qaçılmaz zərurətə çevrilib. Heç bir ölkə beşinci kolondan fayda görməyib, əksinə, ciddi problemlər yaşayıb. Azərbaycan istisna təşkil etmir. Tarix yalnız keçmişi xatırlamaq üçün deyil. Həm də ibrət dərsi götürmək üçündür”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO