Siyasi 21.05.2020 09:46

“DQR prezidentinin inaqurasiya”sına yol vermək olmaz – BƏYANAT

“Rusiya azərbaycanlıları – Rusiya Federasiyasındakı Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və ölkənin çoxsaylı azərbaycanlı icmasının nümayəndələri – Rusiya Federasiyasının rəhbərliyinə, ölkə hökumətinə və parlamentinə, dövlət strukturlarına, müvafiq nazirlik və qurumlara, habelə beynəlxalq təşkilatların Rusiyadakı nümayəndəliklərinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında keçirilmiş qondarma prezident seçkilərini və mayın 21-də Azərbaycanın Dağlıq Qarabağ regionunun Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış separatçı rejim – DQR “prezidentinin andiçmə mərasimi”ni şiddətlə pisləyən müraciətlə çıxış ediblər”.

Rakus.az xəbər verir ki, bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı “AzRu” məlumat yayıb.

Müraciətdə qeyd olunur:

Dünyanı cənginə alan pandemiya şəraitində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yaradılan tanınmamış separatçı qurumda qondarma “prezident seçkiləri” keçirilib, mayın 21-də isə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunun Şuşa şəhərində “prezidentin andiçmə mərasimi”nin keçirilməsi planlaşdırılır. Sözsüz ki, yuxarıda göstərilənlər təkcə Azərbaycana qarşı yönəlmiş bir təxribat deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regional sülh və sabitlik üçün təhdid təşkil edir.

Qarabağ – Azərbaycandır! Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar “prezident seçkiləri” adlanan bu şounu qınadılar və bununla da Azərbaycanın ərazi bütövlüyünə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın və keçirilən “seçkilər”in tanınmamasına tam dəstəklərini ifadə etdilər. Dünyanın bir çox ölkələri və Avropa Birliyi, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlər Şurası, GUAM, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, nüfuzlu mətbuat orqanları, eləcə də bir sıra görkəmli dövlət və ictimai-siyasi xadimlər bu “seçkiləri” məqsədyönlü təxribat, Qafqazda sülh və sabitliyə qarşı yönəlmiş məsuliyyətsiz siyasi addım, münaqişənin sülhlə tənzimlənməsi yolunda ciddi maneə, beynəlxalq hüquq normalarının pozulması, bu “seçkilər”in nəticələrini isə qanunsuz adlandırdılar.

Beləliklə, Ermənistan rəhbərliyi, tanınmamış qurumlar və erməni lobbiləri tərəfindən dəstək alan, işğalçı rejim tərəfindən Azərbaycan ərazisində təşkil olunan  və keçirilən, həmçinin dünyanın heç bir dövləti və beynəlxalq qurumu tərəfindən tanınmayan “seçkilər” beynəlxalq hüquqa ziddir.

Eyni zamanda, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarına sağalmaz zərbə vuran bu addım müharibə edən tərəfin əsl niyyətini ortaya qoyur və bu məsələnin həllində maraqlı olmadığını nümayiş etdirir.

Qeyri-qanuni seçilmiş parlament tərəfindən saxtalaşdırılmış seçkilərin keçirilməsi, guya sülh danışıqları aparan Ermənistanın əslində dünya ictimaiyyətini çaşqınlığa saldığını sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana daha ciddi təzyiq göstərmək və ona qarşı sanksiyalar tətbiq etmək yolu ilə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində “prezident seçkiləri” keçirmək və “inaqurasiya mərasimi” təşkil etmək yolverilməzdir.

Biz Rusiyada yaşayan azərbaycanlılar bu addımı dinc sakinlərin qırılması, o cümlədən Xocalı soyqırımının müəllifləri olan separatçı rejim və işğalçı ölkə – Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar fəaliyyətinin davamı kimi qiymətləndirir, bu təxribatçı və cinayətkar fəaliyyəti qətiyyətlə pisləyirik.

Separatçı rejimin qeyri-qanuni “prezidentinin” “inaqurasiya” mərasimi keçirməsinin və Ermənistanın bu cinayət aktına dəstəyinin qarşısını almaq məqsədilə bütün müvafiq  instansiyaları  və bütünlükdə dünya ictimaiyyətini təcili və təxirəsalınmaz şəkildə  bu məsələyə qarışmağa çağırırıq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO