Gürcüstan hökuməti komendant saatın uzatdı
Gürcüstan hökuməti fövqəladə vəziyyət və komendant saatının uzadılmaması barədə qərar qəbul edib.
Rakus.az xəbər verir ki, bunu ölkənin Baş nazir Giorgi Qaxaria bildirib.
O deyib ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatandan sonra koronavirusun yayılmasının qarşısını almaq üçün bəzi məhdudiyyətlərin tətbiqi davam etdiriləcək. Qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi ilə bağlı hökumət parlamentə müraciət edib: “Məhdudiyyətlər vətəndaşların sağlamlığının qorunması məqsədilə saxlanılacaq və fövqəladaə vəziyyət elan edilmədən tətbiq ediləcək.
Onun sözlərinə görə, hazırda ölkədə koronavirusdan 224 nəfər müalicə olunur.
Baş nazir deyib ki, Gürcüstanı mərhələli şəkildə, lakin çox ehtiyatla normal həyat ritminə qaytarmaq lazımdır.
Xatırladaq ki, qonşu ölkədə fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi sabah başa çatır. Gürcüstan parlamenti “İctimai sağlamlıq haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsinə başlayıb. Müxalifət qanun layihəsinə etiraz edir və sənədin ölkə Konstitusiyasına zidd olduğunu hesab edir.