Rusiyanın “Ural” klubunun futbolçusu Pavel Poqrebnyak koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, 37 yaşlı təcrübəli hücumçunun testi müsbət nəticələnib. Komandanın digər üzvlərinin testləri mənfi olub.
Xatırladaq ki, Pavel Poqrebnyak Rusiya millisinin sabiq üzvüdür. O, ölkəsində “Dinamo” (Moskva), “Zenit” və “Spartak” (Moskva) klublarının formasını geyinib. Forvard İngiltərədə “Fulhem”, “Ridinq”, Almaniyada isə “Ştutqart”ın formasını geyinib. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.