Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı TƏKLİF verir
“Uzun illər ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bəzi qüvvələr Azərbaycanda silahlı üsyana çağırış edənləri, terrorizmə dəstək verənləri, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil edilməsini tərifləyənləri qəhrəman hesab edirdilər.
“Halbuki, bu, bütün beynəlxalq normalarında cinayət hesab olunur. Çox təəssüf ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun qəbul edilməsini gündəmə gətirəndə, başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur.
Biz üç il bundan qabaq məsələ qaldırdıq ki, internetdən anonim şəkildə istifadəyə qarşı tədbirlər görülməlidir. Şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrdən qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlər söyləmək mümkündür.
Bu məsələ indi də aktualdır. O zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar”, – S.Novruzov deyib.
Onun sözlərinə görə, “Human Right Watch”, “Freedom House”, “Soros” fondu ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarət edilməsi barədə qərarına bir söz deyə bilmirlər.