Gündəm 31.05.2020 19:00

İlham Əliyev dünya liderləri sırasında - FOTO

Prezident İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki səhifəsi davamlı olaraq inkişaf edir və oxucu auditoriyası toplayır. Bu bərədə dünya liderləri, hökumətlər və beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə əlaqələrini araşdıran “Burson Cohn Wolfe” (BCW) qlobal piar agentliyinin “Dünya liderləri “Facebook”da” adlı araşdırmasının beşinci nəşrinin nəticələrində deyilir.

Rakus.az xəbər verir ki, Media.Az-ın tanış olduğu hesabata əsasən, 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 min 847 yeni abunəçi üzv olub, son bir ildə artım 8,85% təşkil edib.

Hesabat “Twiplomacy”nin illik araşdırmasının bir hissəsidir. Əvvəlcə müəlliflər yalnız “Twitter”ə diqqət ayırıblar, lakin sonradan digər platformalar, o cümlədən, “Facebook” və “Instagram” araşdırmaya əlavə edilib.

Tədqiqat çərçivəsində Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri daxil olmaqla, 721 sosial şəbəkə səhifəsi və 20 şəxsi profilin sosial şəbəkədəki aktivliyi təhlil edilib.

Hesabata əsasən, 12 ay ərzində Azərbaycan Prezidentinin səhifəsinə 276 və ya gündə 0,76 yazı yerləşdirilib. Ümumilikdə, qarşılıqlı əlaqələrin sayı 814 688-ə bərabər olub və əlaqə səviyyəsi 0,50% təşkil edib.

Bunlardan 658 140-ı bəyənmə, 30 282-si şərh, 71 753-ü isə post paylaşımıdır. İlham Əliyevin postlarına 712 653 dəfə reaksiya verilib, onlar 44 507 dəfə “super” işarəsi qoyulmaqla bəyənilib. 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 847 abunəçi üzv olub (artım – 8,85%). Ümumilikdə, onun səhifəsi 613 226 dəfə bəyənilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin səhifələrinin qarşılıqlı əlaqə sayı 14 087 olub, qurumun postları 10 536 dəfə bəyənilib, 238 şərh yazılıb və 2 552 dəfə paylaşılıb.

Hesabat dövründə XİN 395 post paylaşıb, bu da gündəlik 1,08 post deməkdir.

Azərbaycanın XİN-in səhifəsinə yeni 1 935 izləyici (17,73% artım) əlavə olunub. Bəyənmələrin ümumi sayı isə 12 849 olub.

Ümumdünya statistikasına gəldikdə, hesabata əsasən, abunəçilərinin sayına görə planetin ən populyar lideri Hindistanın Baş naziri Narendra Modidir (44,7 milyon). İlk onluqda, həmçinin, ABŞ Prezidenti Donald Tramp (26,1 milyon), Pakistanın Baş naziri İmran Xan (9,7 milyon) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (9,2 milyon) yer alır.

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp son 12 ayda özünün “Facebook” səhifəsində qarşılıqlı əlaqələrin sayına görə reytinqə başçılıq edir.

Qeyd edək ki, tədqiqatın beşinci nəşrində BCW sosial şəbəkələrdəki 721 səhifə və 20 şəxsi profili analiz edib, bunların 448-i “Facebook” komandası tərəfindən yoxlanılıb və təsdiqlənib. Qalan 293 səhifə yoxlanılmayıb, ancaq araşdırma müəllifləri hesab edir ki, onları rəsmi saymaq olar.

Məlumatlar 1 mart 2020-ci ildə BCW, Crowdtangle.com və Klear.com alətlərindən istifadə edərək, qarşılıqlı əlaqələrin, qarşılıqlı əlaqə səviyyəsinin, postların və s. 1 mart 2019-cu ildən 29 fevral 2020-ci ilədək ümumi sayı da daxil olmaqla toplanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO