İqtisadi 01.06.2020 21:00

Manatın məzənnəsinin dəyişməsi təhlükəlidir – SORĞU

Qlobal bazarda mövcud çətinliklərə baxmayaraq, Azərbaycan CEO-ları rəhbərlik etdiyi şirkətlərin artım perspektivlərinə dair hələ müəyyən nikbinlik nümayiş etdirir. 

Rakus.az xəbər verir ki, bu barədə “PwC Azərbaycan” MMC-nin dərc etdiyi CEO-lar arasında 3-cü İllik Sorğunun nəticələrində bildirilir.

Şirkət bu qənaətə gəlib ki, bizneslərini inamla inkişaf etdirmək bacarıqlarına baxmayaraq, CEO-lar inkişaf planlarını poza biləcək daxili və kənar maneələrdən məlumatlıdırlar. Yerli CEO-ların 37,2%-i üçün valyuta məzənnəsinin dəyişkənliyi ən böyük təhlükə olaraq qalmaqdadır, CEO-ların 32,5%-ni artan geosiyasi qeyri-müəyyənlilik, 23,48%-ni isə vergi yükü və qeyri-müəyyən iqtisadi artım narahat edir.

Azərbaycanın CEO-ları hesab edir ki, bu transformasiya işçiləri ixtisara salmadan, fəaliyyətin səmərəliliyinin və iş təcrübəsinin artırılması məqsədilə insan resurslarına investisiyalar tələb edəcək. Nəticədə, CEO-ların yalnız 5% işçilərini ixtisara salmaq niyyətindədir, CEO-ların 26%-i isə ünsiyyət, texniki və rəqəmsal bacarıqlar sahəsində ixtisasartırma proqramının yaradılmasına nail olublar. Azərbaycanın biznes liderlərinin sürətli inkişaf edən sahələrə investisiya qoymağa maraqlı olmasının göstəricisi CEO-ların 58%-nin texnologiya, media və telekommunikasiya sahələrinə investisiya qoymağı üstün tutmalarıdır.

CEO-ların 82,5% fəaliyyətin təkmilləşdirilməsi və gəlir axınlarına təkan vermək üçün növbəti 12 ay ərzində işin effektivliyinin artırılmasını planlaşdırır.

Sorğu PwC-nin son 22 il ərzində Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin CEO-ların İllik Qlobal Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycanda bütün əsas sektorlarda fəaliyyət göstərən 80 özəl və dövlət şirkətin CEO-ları iştirak edib, inkişaf, maneələr, ixtisasartırma və bir çox digər mövzularda fikirlərini bölüşüb.

“Sorğu COVID-19 pandemiyasından əvvəl keçirilib və biz anlayırıq ki, CEO-ların bəzi məsələlərə dair fikirləri bu iki ay ərzində dəyişə bilər. Eyni zamanda, CEO-ların iqtisadi artım, geosiyasi qeyri-müəyyənlik və ixtisasarımı kimi biznesə təsir göstərən əsas məsələlərdə mövqeləri dəyişməyib”, – şirkət bəyan edib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS