Daha 379 nəfər koronavirusa yoluxdu – OPERATİV QƏRARGAH
Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 7 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3 131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 863 test aparılıb.