DİM minimal toplayanlara şans yaratdı
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.
Rakus.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun tarixlərində həyata keçiriləcək. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi” səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.