Cəhri və Nehrəmə qəsəbə statusu verilir
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.
Rakus.az xəbər verir ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilir.
Həmçinin, rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.
Qanun layihəsində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir.
– Babək qəsəbə inzibati ərazi dairəsi tərkibində Babək qəsəbəsinə şəhər statusu verilsin. Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.
– Cəhri kəndi inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin. Cəhri kəndi inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
– Nehrəm kəndi inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin. Nehrəm kəndi inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
Xatırladaq ki, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.