Menni Pakiao prezident olmaq istəyir
Dünya Boks Assosiasiyasının (WBA) 66,68 kiloqram çəki dərəcəsində dünya çempionu Menni Pakiao 2022-ci ildə Filippin prezidentliyinə namizədliyini irəli sürəcək.
Rakus.az xəbər verir ki, bu barədə boksçunun promouteri Bob Arum məlumat verib. M.Pakio 2016-cı ildə 16 milyon səslə Filippin Senatının üzvü olub. Onun Senatda səlahiyyət müddəti 2022-ci ildə başa çatır.
Qırx bir yaşlı boksçu karyerası ərzində 71 döyüşdə iştirak edib, onlardan 62-sində qələbə (39-u nokautla) qazanıb. Boksçu 2016-cı ildə karyerasını bitirəcəyini elan etsə də, Senata seçildikdən sonra idmana qayıdıb. O, Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə amerikalı Cessi Varqası məğlub edib. Daha sonra filippinli dörd döyüş keçirib, üçündə qələbə qazanıb. O, karyerası dövründə uzun müddət çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçu hesab olunub.