Siyasi 12.06.2020 21:00

Qarabağ üsyanı 100 il – TARİXƏ BAXIŞ - FOTO

“Şuşa üsyanında hakimiyyət 15 günlüyünə də olsa ələ keçirilmişdi”.

Rakus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz deyib.

Onun sözlərinə görə, işğalçı ordunun özbaşınalığı, həmçinin soyğunçuluğu üsyanın başlanmasının əsas səbəblərindən biri olub: “Ölkə ərazisində üsyanların başvermə səbəbi XI Qırmızı Ordunun özünü hədsiz dərəcədə talançı, soyğunçu kimi aparması, Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı təhqiramiz hərəkətlər etməsi idi. Baxmayaraq ki, 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlamentin son iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında aktın müddəalarının birində yerli hərbçilərə toxunulmayacağı bildirilmişdi, ancaq bolşeviklər bu vədə tamamilə əməl etməyərək Azərbaycan Ordusunun ləğv edilməsi və XI Qırmızı Orduya tabe edilməsi ilə bağlı fəaliyyətə başlamışdı. Onlar bununla da kifayətlənməyərək xarici ölkələrdən Azərbaycan Silahlı Qüvvələri üçün alınmış paltar, ayaqqabı və s. nəinki anbardan, hətta birbaşa əsgərlərimizin əynindən çıxardırdılar. Çünki XI Qırmızı Ordu Azərbaycan ac-yalavac durumda gəlmişdi. Azərbaycan Ordusunun belə paltarlarla təchiz edilməsi həm də onlarda qıcıq oyadıb. Qısası, Azərbaycan Ordusuna qarşı təhqiramiz münasibət, onların əmlaklarının soyulub talanması, kəndlilərin, sahibkarların evlərindən qəsb etdikləri əmlakın vaqonlara doldurularaq Rusiyaya göndərilməsi, ölkə əhalisinin namusuna qəsd edilməsi xalqın səbir kasasını daşdırdı”.

Boran Əziz

B.Əziz bildirib ki, Qarabağ üsyanında Osmanlı dövlətinin əfsanəvi komandanı Ənvər paşanın qardaşı, həmçinin Bakının qurtarıcısı kimi də tanınan Nuru paşa da iştirak edib: “Gəncə üsyanı yatırılsa da, Azərbaycan əsgərləri və əhalisi müqavimət göstərməyə davam edirdi. Ümumiyyətlə araşdırmalar da göstərir ki, 1920-1924-cü illər arasında Azərbaycanda 54 antisovet üsyanı baş verib. Gəncədən sonra üsyan Tərtər, Bərdə Ağdam, Şuşada davam edib. Şuşadakı üsyanda həm də Nuru paşa yaxından iştirak edib. 15 gündən çox hakimiyyəti əllərində saxlasalar da, sovet qoşununun say, həmçinin silah baxımından üstün olması üsyançıların məğlub olmasına təsir göstərən başlıca amillərdən olub”.

Tarixçi alim üsyanın Azərbaycan tarixindəki yerinə də toxunaraq bunun yalnızca tarixi deyil, həm də siyasi önəm daşıdığını da vurğulayıb: “Bəziləri bu üsyanı anlamsız hesab edir. Onlara görə, XI Qırmızı Ordu sayca çoxluq təşkil edirdi deyə üsyan onsuz da yatırılacaqdı. Bu yanaşma tamamilə yanlışdır. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, bu üsyanlar Azərbaycan xalqının namusunu xilas etdi: “Mən bilməm ki, bu üsyanlar dəxi olmasa idi, onda Azərbaycan xalqı öz namusunu müdafiə etdiyini və onun uğrunda vuruşduğunu nə ilə sübut edə bilərdi?” Bu baxımdan bu üsyanların çox böyük siyasi və tarixi əhəmiyyəti var. Həmçinin üsyanlardan sonra bolşevik rəhbərliyi ordunun davranışı barədə müəyyən göstərişlər vermək məcburiyyətində qaldı. Artıq onlara istədikləri vaxt Azərbaycan əhalisinin evlərinə soxulmağı qadağan etdilər və bundan sonra əhaliyə qarşı qəddar münasibət qismən də olsa aradan qaldırıldı”.

B.Əziz mövzunun daha geniş araşdırılmasını vacib hesab edir: “Müəyyən araşdırmaçılar onu elmi iş kimi götürüb, təəssüf ki, başa çatdırmayıblar. Bu səbəbdən mövzunun daha geniş və əhatəli işlənməyə ehtiyacı var. Bununla belə, mövzu barədə müəyyən məqalələr var, bunu da inkar etmək olmaz”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO