Gündəm 15.06.2020 09:00

Qurtuluşumuzun , xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir - FOTO

“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”,- Heydər Əliyev.

Rakus.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı yaydığı məlumat Ümumilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlayır.

Məlumatda bildirilir ki, 1993-cü il  iyunun 15-i müstəqil Azərbaycan  dövlətinin tarixinə  daxil  olmuş  əlamətdar və  ən əhəmiyyətli  günlərdən  biridir: “Çünki  məhz  həmin  gün  xalqının  səsinə  səs  verən, bütün  çətinliklərə  baxmayaraq  Azərbaycanın  taleyinə  biganə  qalmayan, xilaskarlıq  missiyasını öz  üzərinə  götürən, bir  milləti  məhv olmaq  təhlükəsindən qoruyan Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  rəhbərliyə yenidən  qayıtdığı tarixdir.

Parçalanmaqdan, qırılmaqdan, vətəndaş müharibəsindən  bizləri  xilas  edən o böyük  lider  müstəqil  Azərbaycan  dövlətinin  memarı, müasir  tariximizin  banisi  oldu. Nəbzi  daim  Azərbaycan naminə  döyünən, həyatını,varlığını  xalqına  sərf  edən  Ümummilli  lider Azərbaycanın  hər  bir  qarış torpağını, hər  bir  bölgəsini sonsuz  məhəbbətlə  sevirdi. Təbii  ki, bu  sevgidən, məhəbbətdən füzulilərin  də xüsusi  payı  var.

1994-cü il yanvar  ayının 5-də  reallaşan  uğurlu  “Horadiz” əməliyyatı Ulu  Öndər  Heydər  Əliyevin  füzulilərə ən  böyük  bəxşişi oldu.  Azərbaycan  Milli  Ordusunun  ilk mühüm  qələbəsi  olan  bu əməliyyat nəticəsində  Horadiz və 22 yaşayış  məntəqəsi  düşməndən  azad  olundu.  Bu  gün  məhz  həmin  torpaqlarda rahat  yaşayan  və  işləyən  füzulilər  Ulu  Öndər  Heydər  Əliyevin siyasətini, onun  həmişəyaşar  ideyalarını ürəkdən  dəstəkləyirlər.

İndi  Füzulidə  aparılan  tikinti  quruculuq işləri, yaşıllıq , abadlaşdırma  tədbirləri, qurulan infrastruktur  layihələr, məcburi köçkünlər  üçün salınan müasir tipli  qəsəbələr  Ulu  Öndər  Heydər  Əliyevin ideyalarının  yaşadığını, siyasətinin uğurla  davam etdirildiyini sübut edir.  Çünki  Ulu  Öndər  Heydər  Əliyev  canı  qədər  sevdiyi  Azərbaycanın  sabahını  özü qədər  inandığı, güvəndiyi cənab Prezident İlham  Əliyevə  əmanət  etdi. Bu  gün biz   füzulilər  qurtuluşumuzun  səbəkarı olan ümummilli lider  Heydər  Əliyevin  yolunun  və siyasi  kursunun  layiqli  davamçıları Prezident cənab  İlham Əliyevin  və Birinci vitse- prezident  Mehriban xanım  Əliyevanın apardıqları siyasəti bütünlüklə dəstəkəyir, bu  siyasətin bizi  tezliklə doğma Qarabağa aparacağına inanırıq”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO