Azərbaycanda koronavirusa yoluxduğu aşkarlanmış daha 274 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da ümumi sağalanların sayı 5 583 nəfərə çatıb.
Ümumilikdə, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.