Gündəm 22.06.2020 13:00

YENİLƏNDİ: İlham Əliyev yerüstü piyada keçidini açdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Rakus.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.

Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.

Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün iki müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.

Prezident İlham Əliyevə, həmçinin məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeddinci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı dördə çatdırılıb. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində “20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə bir hərəkət zolağı enində genişləndirilib.

Qeyd edək ki, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

11:50

Prezident İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Rakus.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO