Koronavirus 22.06.2020 13:48

TƏBİB: Çatışmazlıqları aradan qaldırırıq

TƏBİB 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı açıqlama yayıb.

Rakus.az xəbər verir ki, qurumun məlumatına görə, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Qeyd olunub ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir: “Favipiravir –müxtəlif növ RNT-virusları, o cümlədən koronavirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Favipiravirin koronavirus əleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronavirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hal-hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.

Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 – Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO