Koronavirus 22.06.2020 14:00

COVID-19 xəstələrinin evdə müşahidəsinə dair TÖVSİYƏLƏR - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) yoluxduğu təsdiqlənən xəstələrdə asimptomik və yüngül halların evdə müşahidəsinə dair müalicə qaydalarını və tövsiyələrini açıqlayıb.

Rakus.az xəbər verir ki, sənəddə hazırda virusun spesifik müalicəsinin olmadığı, lakin xəstənin səhhəti bərpa olunanadək simptomlarını yüngülləşdirən tədbirlərin görülə biləcəyi qeyd olunub.

“COVID-19-a yoluxan şəxslərin evdə klinik idarə edilməsi” adlı sənədə əsasən, bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması müşahidə edilə bilər.

COVID-19-un simptomları aşağıdakılardır:

– qızdırma

– öskürək

– mialgiya və ya halsızlıq

– boğaz ağrısı

– tənəffüs çatışmazlığı və ya təngənəfəslik

– qoxu və dad hissinin itirilməsi

Ağırlaşmalar:

– pnevmoniya

– kəskin böyrək çatışmazlığı

– perikardit

– disseminə olunmuş damardaxili laxtalanma

– sepsis və ya septik şok

– ağciyər və ürək çatışmazlığı

Yüksək risk qrupu

– 60 yaşdan yuxarı şəxslər

– siqaret çəkənlər

– ürək damar xəstəlikləri olan şəxslər

– şəkərli diabet diaqnozu qoyulanlar

– arterial hipertoniyadan əziyyət çəkənlər

– piylənməsi olan şəxslər

– immun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, uzun müddət steroid müalicəsi alanlar, orqan transplantasiyası keçirən şəxslər, kimyəvi terapiya, immunmodulyar müalicə alan şəxslər)

– xroniki tənəffüs xəstəlikləri (kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s)

– digər xroniki xəstəlikləri (məsələn, xroniki böyrək çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı, oraq hüceyrəli anemiya və s) olan insanlar

Yüksək temperatura qarşı tədbirlərə gəlincə, qaydalarda bildirilib ki, həmin insanlar üçün istirahət təmin olunmalı, dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə bol maye qəbul edilməli, sidik ifrazatı şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilməlidir.

Öskürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyə olunur. Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər. Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər (müəyəyn yaşa qədər uşaqlar istisna olmaqla).

Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanılmalıdır. Otağı soyutmaq üçün qızdırıcı söndürülməli və pəncərələr açılmalıdır, virusun yayılmasının qarşısını almaq məqsədilə ventilyatorun istifadəsi qadağandır. Əlavə olaraq nəfəsi sanki şam söndürürmüş kimi burun və ağızdan asta vermək lazımdır. Oturacaqda əyləşilməli, çiyinləri rahat tutmalı, bel əyilmədən düz saxlanılmalıdır. Bir az irəli əyilərək əllər diz və ya möhkəm dayağa qoyulmalı, məsələn digər oturacağın üzərinə söykənilməlidir. Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.

Xəstələr evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

Qayda və tövsiyələrdə həmçinin 18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslərin müalicə sxemi də yer alıb.

Bildirilib ki, yüksək riskli xəstələr xəstəxanaya yerləşdirilir. Orta riskli şəxslər üçün isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Aşağı riskli şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 12 iyun qərarına əsasən, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir. Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər isə yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO