Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.
Rakus.az xəbər verir ki, Məlumata görə, bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test edilib. Onlardan 508-i pozitiv nəticələnib. Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb.
Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. 6 045 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.