Rakus.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonra Prezident İlham Əliyev Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Ona muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.