İqtisadi 25.06.2020 14:25

Təkrar taxıl səpini başladı

Respublikada dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılmasına başlanıb. Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.

Rakus.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yaxın günlərdə 35 rayon üzrə 50 min hektardan artıq ərazidə qarğıdalı əkinlərinin aparılması planlaşdırılıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin müəssisələri ərazisində isə 560 hektar ərazidə təkrar əkin aparılacaq.

Artıq Beyləqan və Kürdəmir rayonlarında yerləşən regional aqrar elm və innovasiya mərkəzlərinin ərazisində səpin prosesinə start verilib. Mərkəzin direktoru İmran Cümşüdov, şöbə müdiri Nicat Nəsirli, eləcə də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev yerlərdə səpin prosesini nəzərdən keçirib, qarşıya çıxan aqrotexniki məsələlərə aydınlıq gətiriblər.

“Payızlıq taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra həmin sahəyə yenidən taxıl əkmək üçün 90-120 gün sahə boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə 80-90 günlük qarğıdalı, günəbaxan, soya, darı və s. bitkilərin toxumları səpilə bilər. Təkrar əkinlərin tətbiqi nəticəsində – fermerlər əkin sahəsindən səmərəli istifadə edərək bir təsərrüfat ilində iki məhsul əldə edir, təkrar əkinlərin tətbiqi nəticəsində fermerlər qarğıdalı əkinindən 50-60 sentner dən, 300-400 sentner yaşıl kütlə əldə etmiş olur”, – İmran Cümşüdov bildirib.

Xatırladaq ki, ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkin aparılaraq strukturunun yaxşılaşdırılması, fermerlərin daha çox gəlir əldə edərək əvəzində ölkədə yem ehtiyatının daha da zənginləşdirilməsi məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılması üçün fermerlərə toxum dəstəyinin verilməsi qərara alınıb. Hesablamalar göstərir ki, Aran iqtisadi rayonu üzrə təxminən 100 min hektarda təkrar qarğıdalı əkini aparmaq üçün potensial mövcuddur. Taxıl biçini başa çatdıqdan sonra boş qalan ərazilərdə təkrar qarğıdalı əkini aparacaq fermerlərə toxum təminatını ödəmək məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait ödəniləcək. Toxumu fermerlər özləri alacaq, vəsait isə onların “Fermer kartı”na Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən köçürüləcək.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO