İdman 30.06.2020 11:34

İdmançının iştirak etdiyi qətlin təfərrüatlarını açıqlandı

Rusiyanın Dağıstan Respublikasının İstintaq Komitəsinin Təhqiqat İdarəsi “Dağavtodor”un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğlu Abdulbəşir Ömərovun rezonans doğuran qətli faktı üzrə cinayət işinin təfərrüatlarını açıqlayıb.

Rakus.az xəbər verir ki, iyunun 23-də Mahaçqalanın mərkəzində törədilmiş hadisə üzrə respublikanın Xalq Yığıncağının deputatı, Şamil rayonunun keçmiş rəhbəri Məhəmməd Asiyatilovun övladları Suraqat və Hüseyn Asiyatilov, həmçinin Azərbaycanın sərbəst güləş millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev şübhəli şəxslər qismində axtarışa veriliblər.

Qətl Dağıstanın məşhur insanlarının nümayəndələri olan gənclər arasındakı münaqişə nəticəsində baş verib. İyunun 23-də saat 22:00 radələrində onlar Lenin komsomolu adına parkın ərazisində mübahisə ediblər. Abdulbəşir Ömərov gözlənilmədən Suraqat Asiyatilovun sifətinə zərbə endirib. Daha sonra o, öz avtomobili ilə münaqişə məkanını tərk edib.

Zərərçəkən qisas məqsədilə A.Ömərovu öldürməyi qərara alıb. O, qardaşı Hüseyni və tanışlarını köməyə çağırıb və silahla gəlmələrini xahiş edib. Saat 22:40 radələrində münaqişə tərəfləri yenidən görüşüblər. Bu dəfə onlar Akuşin prospektindəki “Mahaçqala Su Kanalına məxsus ərazidə üz-üzə gəliblər.

Tapança ilə silahlanmış S.Asiyatilov A.Ömərovla davaya girişib. Hadisə yerindəki gənclər onları ayıraraq, barışdırmağa cəhd ediblər. Lakin bu an əraziyə H.Asiyatilov və N.Hacıyev 20 nəfərlə birgə özlərini çatdırıblar.

Bunu görən A.Ömərov qaçmaq istəyib. Lakin qardaşlar və güləşçi ona hücum edərək, asfalta səriblər. İş adamının yaxın qohumuna bir neçə atəş açan “trio” hadisə yerini tərk edərək, gizlənib. Yaralı isə xəstəxanada ölüb.

Suraqat və Hüseyn Asiyatilov, eləcə də Nurməhəmməd Hacıyevə qarşı “Əvvəlcədən əlbir olaraq, qrupla qətl törətmə” və “Qanunsuz silah dövriyyəsi” maddələri üzrə cinayət işi qaldırılıb. Onlar axtarışa veriliblər.

Azərbaycan Güləş Federasiyası “Report”a Nurməhəmməd Hacıyevin cinayətdə birbaşa iştirak etmədiyini bildirib.

Xatırladaq ki, Nurməhəmməd Hacıyev Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO