Günay Məmmədzadə çinli Hou Yifanla qarşılaşacaq
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women’s Speed Chess Championship” yarışı çərçivəsində Qran-pri turirinin ikinci mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə də mübarizə aparacaq.
Rakus.az xəbər verir ki, qadınlar arasında iyulun 1-də start götürəcək Qran-Prinin ikinci mərhələsində şahmatçımız dünyanın ən güclü qadın şahmatçılarından biri, turnirin reytinq favoriti çinli Hou Yifanla oynayacaq. Turnirdə 16 şahmatçı mübarizə aparacaq.
G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsinin startında rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.
Qran-pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də – Ümumdünya Şahmat Günündə baş tutacaq.