Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) bu günə olan koronavirus statistikasını açıqlayıb.
Rakus.az xəbər verir ki, bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bununla da ölkədə aparılan testlərin ümumi sayı 488 852-yə çatıb.
Hazırda xəstəxanaların reanimasiya şöbələrində 202 nəfər müalicə edilir. Süni tənəffüs cihazında olan xəstələrin sayı isə 45 nəfərdir.