Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başladı
Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.
Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, layihə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Lahiyənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır. Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, Mərkəzin əldə etdiyi toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir. Layihə çərçivəsində bu ilin iyunun 30-da 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.