İqtisadi 11.07.2020 10:00

İqtisadiyyat Nazirliyi: 6050 obyektdə tələblər pozulub

İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.

Rakus.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, iyulun 8-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Vimay-Med” Tibb Mərkəzində, Rəşad Nağıyevə məxsus “Toyuq mağazası”nda, Bəhruz Cəfərzadəyə məxsus ərzaq mağazasında, Vaqif Qocayevə məxsus çörək sexində, “Azəri Med” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “İnci elektrik”, “Okoban evi tikinti materialları”, “Termo ağlay” mağazalarında, “Gənclik market”də, “Kafe şüa”da, Əliəkbər Mirzəyevə məxsus “Bizim bazar”da, Səbail rayonunda “Az Granata” mağazasında, Bəsti Əliyevaya məxsus qarışıq mallar mağazasında, Elgün Dadaşova məxsus “Dönərxana”da, Elman Cəbrayılova məxsus “Çay evi”ndə, Suraxanı rayonunda “Halal market”də, “Elşən market”də, “24 saat market”də, “Aqil market”də, “Tatlı şirniyyat mağazası”ında, “Buta aptek”də, Sabunçu rayonunda “Buta market”də, “Al market”də, “Oba market”də, “Petektaş tikinti malları mağazası”nda, Saleh Əmrahzadəyə məxsus “1001 xırdavat” mağazasında, Xətai rayonunda “Era market”də, “Zeytun aptek”də, “Amal” firmasına məxsus süd məhsulları sexində, Tahir Abbasova və Pəri Hüseynovaya məxsus ərzaq mağazalarında, Qaradağ rayonunda “Uğur market”də, Sona Əliyevaya və Rövşən Xankişiyevə məxsus ərzaq mağazalarında, Nizami rayonunda “Tural market”də, “Naxçıvan lavaşı sexi”ndə, Anaxanım Məmmədovaya məxsus ərzaq dükanında, Elxan Nəbiyevə məxsus “Oboy mağazası”nda, Yasamal rayonunda “Roseland gül mağazası”nda, “Böyük Fırat restoranı”nda, “№1 Şaurma kafe”də, “Baker şirniyyat evi”ndə, Elnarə Şirinovaya məxsus “Zoo mağaza”da, Xəzər rayonunda “Rahat market”də, Nəsimi rayonunda “Novatar mağaza”da, Nemət İsmayılova məxsus qarışıq mallar mağazasında, Gəncə şəhərində “Euro inşaat” və “Mister dekor” mağazalarında, Qobustan rayonunda “Bol market” və “Qobustan market”də, Lənkəran rayonunda “Forsaj avtomobil ehtiyat hissələri” mağazasında, “Seyidoğulları market”də, “Məkan”, “Türk Seramik”, “Zaman” mağazalarında, Füzuli rayonunda “Mandarin LTD”yə məxsus mağazada, Mətanət Dadaşova və Pərviz İbrahimova məxsus “Market”lərdə, Yevlax rayonunda “Araz-Oskar Market”də, Zahir Namazova məxsus tikinti mallarının satışı mağazasında, Esmira Misirxanovaya məxsus aptekdə, Qusar rayonunda “Çiçəyim” və “Optimal” mağazalarında, “Bistro” ictimai-iaşə obyektində, ümumilikdə, monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Xatırladaq ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO