İqtisadi 14.07.2020 14:13

DSX ölkəyə gəlib-gedənlərin sayını açıqladı

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Rakus.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu dövrdə ölkəyə gələnlərin 29,7%-i Rusiya Federasiyası, 26,7%-i Gürcüstan, 14,5%-i Türkiyə, 7%-i İran, hər birindən 2,1% olmaqla Hindistan və Ukrayna, 2,0%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,3%-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan, hər birindən  1,2%-i olmaqla Küveyt və Qazaxıstan, 1,%-i Türkmənistan, 0,9%-i Böyük Britaniya, hər birindən 0,8%-i olmaqla Özbəkistan və İraq, 0,7%-i Belarus, 0,6%-i İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin  76,2%-ni kişilər, 23,8%-ni qadınlar təşkil edib.

Bu ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan – 6,9 dəfə, Macarıstandan – 5,3 dəfə, Yaponiyadan və  İsraildən – 5,1 dəfə, Polşadan – 4,7 dəfə, BƏƏ-dən – 4,6 dəfə, Kanadadan – 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan – 4 dəfə, İraqdan – 3,9 dəfə, Fransadan – 3,8 dəfə, Almaniyadan – 3,7 dəfə, Omandan – 3,6 dəfə, Niderlanddan – 3,5 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0%-i dəmir yolu və avtomobil, 30,4%-i hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub. Ölkə vətəndaşlarının 33,2%-i İrana, 29,6%-i Gürcüstana, 20,5%-i Rusiyaya, 9,5%-i Türkiyəyə, 7,2%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 69,7%-ini  kişilər,  30,3%-ini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,7%-i dəmir yolu və avtomobil, 16,5%-i hava, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO