“Flamenqo” 36-cı dəfə çempion oldu
Braziliyada Rio-de-Janeyro ştatınının çempionatı – “Karioka” liqasında qalib müəyyənləşib. Liqa pandemiya dövründə Cənubi Amerika zonasında keçirilərək çempionu müəyyənləşən ilk yarış kimi tarixə düşüb.
Rakus.az xəbər verir ki, turnirin finalında ölkənin ən köklü iki klubu “Flamenqo” və “Fluminense” üz-üzə gəliblər. Rəqib meydanında 2:1 hesablı qələbə qazanan “Flamenqo” futbolçuları cavab görüşündə qalib gəliblər. Görüşün taleyini Vitinyonun vurduğu qol həll edib. Bununla da “Flamenqo” tarixində 36-cı dəfə Rio-da-Janeyro ştatının çempionu olub. Klub bu nominasiyada rekordçudur.
Ötən ildən “Flamnenqo”ya baş məşqçi təyin edilən Jorje Jesus kluba beşinci titulu qazandırıb. O, buna kimi komanda ilə ölkə daxilində Braziliya çempionuluğunu və Super kubokunu əldə edib. Bundan başqa Libertadores kubokunda da qalib gələn “Flamenqo” Cənubi Amerikanın superkuboku tituluna da sahib çıxıb.